AZ EN RU

Gənclər qazilərlə görüşüb

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü olub.
    Naxçıvan şəhəri “Milli Yeməklər” də keçirilən görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış ediblər. Tarixi Qələbədən sonra təşkil olunan belə görüşlərin həm də yeniyetmə və gənclərin milli-mənəvi, hərbi-vətənpərvərlik ruhunun yüksəlməsində, onların Vətənə, xalqa, dövlətə layiqli vətəndaş kimi formalaşmasında böyük əhəmiyyəti olduğunu qeyd ediblər.
    Görüşdə iştirak edən qazilər yurd həsrətinin sona çatmasında, tarixi Qələbənin qazanılmasında onların da pay sahibi olmasının əvəzsiz duyğu olduğunu dilə gətiriblər, döyüş xatirələrindən danışıblar. 
    Daha sonra Vətən müharibəsi iştirakçılarına Təşəkkürnamə təqdim olunub. 
    Görüşdə aprel ayının 11-də Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən “Qalib Azərbaycan, Azad Qarabağ” adlı inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
    Sonda xatirə fotosu çəkilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış

Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 03.06.2022 19:35