AZ EN RU

Gənclər oxçuluq bacarıqlarını nümayiş etdiriblər

    Naxçıvan Atıcılıq Mərkəzində gənclər arasında kamandan oxatma üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Yarışa tələbələr, gənc­lər, eləcə də şəhər və rayonları təmsil edən həvəskar idmançılar olmaqla, 40 iştirakçı qatılıb. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Atıcılıq Federasiyasının birgə təşkil etdiyi yarış xalqımızın qədim dövrlərdəki oxatma ənənələrini yeni dövrə daşımaqla gənclərin bu istiqamətdə idmançı kimi formalaşmasına zəmin yaradılması, asudə vaxtının səmərəli təşkili və muxtar respublikada kamandan oxatmanın inkişafına töhfə verilməsi məqsədi daşıyıb. 
    Hər iştirakçının 5 atış imkanına malik olduğu birincilikdə Novruz Muradov ən yüksək xalla birinci yerə layiq görülüb. Zəhra Əsgərova və Elxan Rzayev müvafiq ardıcıllıqla ilk üçlüyü tamamlayıblar. 
    Adıçəkilən iştirakçılara diplom, kubok, peyntbol oyunu üçün kupon və hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 20:10