AZ EN RU

Gənclər istehsal müəssisəsi ilə tanış olublar

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllü gənclərinin iştirakı ilə “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiya təşkil olunub. Nazirliyin əməkdaşı Valeh Mahmudov 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan olunduğunu xatırladaraq deyib ki, bununla əlaqədar olaraq il ərzində gənclərin sənaye müəssisələrinə ekskursiyaları davam etdiriləcək. Məqsəd gənclərə muxtar respublika sənayesinin inkişafında mühüm yer tutan müəssisələri tanıtmaqdır.
    Müəssisənin icraçı direktoru Emin Rzayev cəmiyyətin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, müəssisədə müxtəlif adlı vafli, peçenye və qurabiyə məhsulları istehsal olunur və laboratoriya analizləri götürüldükdən sonra istehlakçılara göndərilir. Məhsullar daxili bazar tələbatına uyğunlaşdırılmaqla yanaşı, bir çox xarici ölkələrə də ixrac olunur. 
    Çıxışların ardınca gənclər istehsal prosesi ilə tanış olublar. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.09.2022 19:20