AZ EN RU

Gənclər arasında kinoviktorina keçirilib

    Dekabrın 16-da Naxçıvan şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında “Bu kino ki var!” adlı kinoviktorina keçirilib.
    Milli kinolarımızın yaşadılması, təbliği, gənclər arasında tanıdılması məqsədilə keçirilən viktorina Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.
    Kinoviktorinaya Gənclər Təşkilatının üzvləri sırasından hər birində 4 nəfər olmaqla,             8 komanda qatılıb. Ümumilikdə, 32 nəfər gəncin qatıldığı kinoviktorinada “Nəqşicahan”, “Batabat”, “Xudafərin”, “Ulduzlar”, “Turan”, “Harmoniya”, “Retro” və “Əcəmi” komandaları iştirak edib. Sonda  “Harmoniya” komandası 1-ci, “Nəqşicahan” komandası 2-ci və “Retro” komandası 3-cü yerin qalibi olub.
     Qaliblər Film Fondunun müvafiq diplomları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2022 20:32