AZ EN RU

Futzal üzrə muxtar respublika birinciliyi yekunlaşıb

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbovun Sərəncamı ilə təsdiq edilmiş Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə əlaqədar “Tədbirlər Planı”na əsasən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Aparatı və Gənclər Birliyi tərəfindən gənc partiya üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi təşkil olunub.
    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə şəhər və rayonları təmsil edən 8 komanda qalib olmaq üçün mübarizə aparıb. 
    Əvvəlcə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək tədbirin məqsədi, partiyanın gənc üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirlər haqqında məlumat verib, komandalara uğurlar arzulayıblar. 
   Birincilik olimpiya sistemi üzrə Beynəlxalq Futzal Federasiyasının qaydalarına uyğun təşkil edilib. 
    Həlledici final matçında rəqiblərindən daha üstün oyun nümayiş etdirən Naxçıvan şəhər və Culfa rayon komandaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun Naxçıvan şəhər komandasının 9:2 hesablı üstünlüyü ilə başa çatıb. Beləliklə, yarışın qalibi Naxçıvan şəhər komandası olub. Culfa və Kəngərli rayonları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.  
    Qalib komandalara diplom, kubok və hədiyyələr verilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.11.2022 21:01