AZ EN RU

“Evədək optika” layihəsi uğurla davam etdirilir

Muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin əsasını təşkil edən fiber-optik şəbəkə vasitəsilə bütün yaşayış məntəqələrinə və qurumlara kəsintisiz  rabitə  və internet xidmətləri təqdim olunur.

Fiber-optik xətlər üzərindən təmin edilən GPON texnologiyası əsasında cari ilin doqquz ayı ərzində həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 49 abonentə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.

Həmçinin, cari ilin müvafiq dövrü ərzində Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın  rayon mərkəzlərində və kəndlərində də bir sıra qurumlara fiber-optik xətt çəkilişi həyata keçirilib, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində mühəndislər tərəfindən operativ tədbirlər görülüb.

Bunlarla yanaşı, cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 1263 abonent yeni stasionar telefon xətti ilə, 3234 abonent isə genişzolaqlı internetlə təmin olunub.

                                                  Naxçıvan Muxtar Respublikası

                                                    Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.10.2023 15:54