AZ EN RU

Erməni faşizminin qanlı silahlarının sərgiləndiyi Hərbi Qənimətlər Parkı

    Qarabağda otuz ilə yaxın bir müddətdə davam etmiş erməni işğalına son qoymuş şanlı Vətən müharibəsindən sonra informasiya cəbhəsində davam edən mübarizə düşmənin iç üzünün dünyada ifşa olunması, onun faşist xislətinin, insanlığa qarşı cinayətlərinin daha geniş panoramda işıqlandırılması vəzifəsini qarşıya qoyur. Çünki dünyada qlobal problemlərin kəskinləşdiyi, iqlim, enerji və ərzaq təhlükəsizliyi kimi bəşəri əhəmiyyətli məsələlərin gündəmdə olduğu bir dövrdə, təəssüf ki, faşizmə qarşı da mübarizə aparmaq zərurəti hələ də qalmaqdadır. Ona görə də ötən yüzillikdə dünyanın qara ləkəsi olmuş faşizmin acı sonundan dərs çıxarmayan erməni millətçiliyi, onun ideoloqlarının arxasınca sürünən kütbeyin hay sürüsünün birdəfəlik səsini kəsmək üçün bütün tərəqqipərvər bəşəriyyətin həmrəy olması gərəkdir. 

     Adı, mənşəyi və tarixi özlərinə də qaranlıq olan ermənilərin canına hopmuş faşizm ruhu bu gün təkcə qonşuları üçün deyil, bütün dünya üçün böyük bir təhdiddir. Bu azmış kimi faşizm hay arsızlığı ilə birgə mutasiya olunduqda heç bir elmin çözə bilməyəcəyi bir genetik kod əmələ gəlir ki, onun da çarəsi, ancaq “dəmir yumruq” kimi sərt tədbirlərdən keçir. Tarixin ən dəhşətli – Xocalı soyqırımını törətmiş, cəsədləri, qəbirləri təhqir edə biləcək aşağı səviyyədə vandal olan ermənilərin bir etnos kimi faşizmə yuvarlanması təkcə onların əsassız torpaq iddiaları ilə bitmir, tam əksinə, özlərini hamıdan ali səviyyədə göstərən “böyük millət” ideologiyasından da qaynaqlanır. Yer kürəsində guya torpaq, su qədər qədim bir tarixləri olduğunu, utanmasalar Nuh Peyğəmbərdən də qabaq dünyanın ilk sakinləri olduqlarını iddia edə biləcək dərəcədə üzsüz olan ermənilərin bu gedişlərinə dur deyəcək bir güc isə erməni faşizmindən ən çox zərər görmüş Azərbaycan xalqı, onun müzəffər Ordusudur. 44 günlük şanlı Vətən müharibəsindən sonra darmadağın edilmiş erməni ordusunun silahlarının sərgiləndiyi Hərbi Qənimətlər Parkına gələn ziyarətçilər ordumuzun bu gücünün bir daha şahidi olurlar. 

    Paytaxt Bakı şəhərindəki üçrəngli Azərbaycan bayrağının dalğalandığı Hərbi Qənimətlər Parkında məğlub erməni ordusuna aid vurulmuş və ya döyüş meydanında düşmənin atıb qaçdığı saz vəziyyətdə olan ən müxtəlif hərbi texnika guya məğlubedilməz olan erməni ordusu mifinin puç edilməsi və eləcə də qaniçən düşmənin nə qədər amansız olduğunu bütün dünyaya göstərir. Vətən müharibəsində hərbi qənimət kimi götürülmüş texnikaların yalnız bir hissəsinin sərgiləndiyi Hərbi Qənimətlər Parkında olarkən erməni faşizminin nə qədər məkrli planlar hazırladığını bir daha görmək mümkündür. Parkdakı erməni ordusuna məxsus qadağan edilmiş silahlardan tutmuş kustar üsulla hazırlanmış silahlara qədər bütün ölümsaçan texnika məhz fürsət düşəndə dinc insanlara qarşı hər cür terror əməlləri törətməkdə bir nömrəli olan ermənilərin əl-qolunu açan vasitələr olmuşdur. Mülki obyektlərə qarşı işlədilməsi qadağan olunmuş orta mənzilli “İsgəndər M” və “Smerç” raketləri, Xirosimanı məhv etmiş gücdə nüvə başlığı da daşıya bilən “Toçka-U” raketləri, ağır T-72 tankları, “Kub” zenit-raket kompleksləri, “Qvozdika” özüyeriyən artilleriya qurğuları, avtomatik zenit topları, “Şilka” özüyeriyən zenit qurğuları, “Şturm-S”, “Kornet-EM” və “İqla-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, müxtəlif kateqoriyalı zenit, “Qiansit-B”, haubitsa topları və minaatanlar, “Qrad” yaylım atəşi kompleskləri, hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, yüksək keçid qabiliyyətinə malik hərbi avtomobillər, minalar və müxtəlif yüngül silahlar bu parkda sərgilənir. Göründüyü kimi, təkcə atom bombasının olmadığı erməni cəbbəxanası insanlığa qarşı hər cür cinayətlər törətmək üçün kifayət qədər zəngin olub. Düzdür, texnikalara aid informasiya lövhələrinə baxdıqda onların əksəriyyətinin azı 30 il yaşı, bəzi topların isə 1945-ci ildə istehsal edildiyini gördükdə erməni mifinin nə qədər gülünc və cəfəngiyyat olduğunu, erməni ordusunu maliyyələşdirmiş Hayastan fondunun saxtakar missiyasının genişliyini bir daha görürük. Ümumilikdə, parkda sərgilənən boynubükük erməni texnikalarının vəziyyəti onu deməyə əsas verir ki, hətta saz vəziyyətdə ələ keçirilmiş silahlar belə, uzun müddət baxımsız qalmış, onlara başdansovdu münasibət göstərilmişdir. Bu mənada, təkcə erməni ordusunun deyil, bütün erməni cəmiyyətinin düşdüyü ağır böhran və yoxsulluq girdabının tipik göstəricisidir bu silahlar. Ayrıca olaraq parkda erməni hərbi qulluqçularının gündəlik yaşayış predmetlərinə və ya əsgərlərin qidalarına aid eksponatlar da, əslində, yuxarıdakı fikirləri bir daha təsdiq edir.  Parkın  girişindən asılan, döyüşdə hərbi qənimət kimi ələ  keçirilmiş erməni hərbi avtomobillərinin nömrələrindən düzəldilmiş və  üzərində iri  hərflərlə  yazılmış “Qarabağ Azərbaycandır!” yazısı işğalçının acı sonunu bir daha bütün dünyaya nümayiş etdirir. Çünki istənilən halda indi artıq soyuq bir metal parçası olan bu texnikaların, bəlkə də, 30 il əvvəl 26 fevralda 366-cı rus motoalayının tərkibində Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmədiyini kim deyə bilər ki? Yoxsa çürük erməni ordusunun əsl döyüşdə nə qədər davam gətirə biləcəyini bütün dünya gördü. Cəmi 44 gün dayana bildilər.  

    Dənizdən-dənizə gülünc ərazi iddiaları olan ermənilər bir zamanlar Xəzərə qədər yürüşlə ölkəmizi təhdid edərdilər. İndi doğma Xəzərin sahilində, Bakının mərkəzində sərgilənən erməni ordusuna məxsus olmuş ayı kimi yöndəmsiz hərbi texnikaları gördükdə düşünürsən ki, rus dəmiri nə qədər sərt olsa da, əsgərlərimizin cəsarəti, ağlı, zəkasının qarşısında o da, bax beləcə, təpəsindən vurulacaq. Müasir müharibələrin beşinci nəsil ultradəqiq texnologiyalarla aparıldığını, döyüşlərin tək mərmitək hədəf prinsipi ilə aparıldığını nəzərə alsaq, bu silahların, ancaq Gəncənin, Tərtərin, Bərdənin dinc sakinlərini vurmaq üçün yararlı olduğunu demək olar. Bu mənada, ən müasir silahlarla təmin olunmuş, ən çətin döyüş şəraiti təlimi almış qəhrəman Azərbaycan Ordusu bu texnikalarla döyüşmüş erməni əsgər və zabitlərini məhv etməklə, əslində, erməni faşizminin də belini qırmışdır. Beli qırılmış çaqqalın qana susamış dişlərini bir-bir söküb onu acından öldürmək üçün isə indi əlimizdə hər cür əsasımız və daha çox gücümüz var. 

Əli CABBAROV

Nəşr edilib : 24.02.2022 22:36