AZ EN RU

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"İlham Əliyev qardaşımla da telefonla danışdım. Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı. Şəxsən öz adımdan başda İlham Əliyev olmaqla burada çalışan heyətə təşəkkür edirəm", - deyə Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olarkən vurğulayıb.

"Azərbaycanlı qardaşlarıma çox təşəkkür edirəm", - Türkiyə lideri bildirib.

Nəşr edilib : 08.02.2023 16:16