AZ EN RU

“Əmlak” informasiya bülleteninin səkkizinci nömrəsi çapdan çıxıb

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin səkkizinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb. 
    İnformasiya bülletenində Kəngərli rayonunda torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə qapalı suvarma şəbəkəsinin qurulması, Culfa şəhərində dövlət qurumları üçün yeni inzibati binanın və çoxmənzilli yaşayış binasının açılışına dair rəsmi məlumatlar yer alıb. Muxtar respublikada mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə aparılan monitorinqlər barədə xəbərlər yerləşdirilib. 
    Qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq meyvə-tərəvəz əkinlərinin sahəsinin genişləndirilməsi, meyvə bağları və yaşıllıq sahələrinin uçotunun dəqiqləşdirilməsi, meşə və çoxillik əkmələrin mülkiyyət növləri və uqodiyalar üzrə xəritələşdirilməsi və inventarlaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlərin icrası nömrədə geniş işıqlandırılıb.  Nömrədə, həmçinin xidmətin fəaliyyət istiqamətləri üzrə muxtar respublikanın rayonlarında keçirilmiş maarifləndirici tədbirlərə dair xəbərlərə də yer ayrılıb.
    Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq 
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 09.03.2022 19:07