AZ EN RU

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Bayramov Qənimət Məmmədəli oğluna

Mirzəyev Yadullah Qeybullah oğluna

Şükürov Ramin Məhərrəm oğluna

Zeynalova Samirə İsmayıl qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.

VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası

          Ali Məclisinin Sədri  

Naxçıvan şəhəri, 04 oktyabr 2022-ci il 

Nəşr edilib : 04.10.2022 16:13