AZ EN RU

Əmək yarmarkası keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası Naxçıvan şəhərində keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əməkqabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. 
    Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 68 müəssisədən 257 boş iş yeri təqdim edilib. Nəticədə, 3 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyatı aparılıb, 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2022 20:38