AZ EN RU

Əmək yarmarkalarında 1264 boş iş yeri təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində son əmək yarmarkası Şahbuz rayonunda keçirilib. 
    Əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 24 müəssisədən 119 boş iş yeri təqdim edilib. Nəticədə, 15 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin özünüməşğulluq proqramına və 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. 
    Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayı ərzində keçirilən əmək yarmarkalarında, ümumilikdə, işaxtaranlara 258 müəssisədən 1264 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə 207 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 63 nəfərin özünüməşğulluq pro­qramına, 39 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.10.2022 19:37