AZ EN RU

Əmək yarmarkaları təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhərində və Şahbuz rayonunda əmək yarmarkaları  keçirilib. 
`    Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasında hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də iştirak edib. Burada işaxtaranlara, ümumilikdə, 91 müəssisədən 697 boş iş yeri təqdim olunub. Nəticədə, 44 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin edilib, 20 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlbi üçün qeydiyyatı aparılıb. 
    Şahbuz rayonunda təşkil edilənəmək yarmarkasına, ümumilikdə, rayon ərazisində fəaliyyət göstərən 20 müəssisədən 119 boş iş yeri təqdim edilib. Nəticədə, 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 3 nəfər qeydiyyata alınıb.
    Aprel ayı ərzində muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarında, ümumilikdə, işaxtaranlara 296 müəssisədən 1758 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə 215 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 102 nəfərin özünüməşğulluq proqramına, 35 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 19.04.2022 19:14