AZ EN RU

Elektron taksi xidmətinin tərkibində sifarişlə xidmət sahəsi yaradılıb

    Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin direktoru Əli Hüseyn­əliyev çıxış edərək bildirib ki, elektron taksi xidmətinin yaradılması ilə müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə bütün telefon operatorlarından 288 qısa nömrəsinə zəng etməklə, həmçinin mobil tətbiq vasitəsilə taksi sifariş edə bilirlər. 
    Qeyd olunub ki, elektron taksi xidməti operativlik və dəqiqlik tələb edən xidmət sahəsidir. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi, sürücü sərnişin arasında şəffaflığın təmin olunmasına şərait yaradır və sərnişinin etibarlı şəkildə son məntəqəyə çatdırılmasını təmin edir. Elektron taksi xidməti tez bir zamanda əhalinin marağına səbəb olub, ətrafına kifayət qədər sərnişin yığa bilib. Ötən müddət ərzində elektron taksi xidmətinin fəaliyyətində yenilik olub, sərnişinlərə kuryer xidməti göstərilməsi təşkil edilib. 
    Sonra yeni sifarişlə xidmət sahəsində işlə təmin olunan sürücülər adından Elvin Mahmudov çıxış edərək yaradılan şəraitə görə minnətdarlıq edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.04.2022 20:02