AZ EN RU

Dünyada koronavirusa yoluxma hallarının sayı 360 milyonu keçib

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 360 milyonu, ölüm hallarının sayı isə 5,62 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir.

COVID-19 pandemiyası başlayandan bəri yoluxma hallarında maksimal göstərici yanvarın 26-da qeydə alınıb, həmin gün 24 saat ərzində 3 962 990 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır. Yoluxma hallarında 350 milyonluq hədd yanvarın 25-də, 300 milyonluq hədd yanvarın 8-də, 250 milyonluq hədd isə keçən il noyabrın 9-da qeydə alınmışdı.

Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı - 71 812 665 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (40 371 500), Braziliya (24 311 317), Fransa (17 252 793) və Böyük Britaniya (16 149 323) yer alıblar. Ən çox ölüm halı - 866 039 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (623 843), üçüncü yerdə isə Hindistan (491 700) qərarlaşıb. Daha sonra Rusiya (328 770) və Meksika (303 776) yer alıblar.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 643 min 509 yoluxma halı qeydə alınıb, 8 min 664 nəfər isə həyatını itirib.

Nəşr edilib : 28.01.2022 11:41