AZ EN RU

Dünyada koronavirusa yoluxanların sayı 402 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 402 milyonu aşıb, bu səbəbdən ölənlərin sayı isə 5,77 milyona çatıb.

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, bu statistikada yoluxanların və ölənlərin sayı barədə yalnız dövlətlər tərəfindən rəsmən təsdiq edilmiş məlumatlar nəzərə alınır.

Yoluxanların sayının 250 milyonu keçməsi ötən il noyabrın 9-da qeydə alınıb. Bu il yanvarın 8-də həmin göstərici 300 milyonu, yanvarın 25-də 350 milyonu, fevralın 2-də 380 milyonu keçib.

Təsdiqlənmiş yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb (76.448.067 fakt). Sonrakı yerləri Hindistan (42.478.060), Braziliya (26.776.620), Fransa (20.451.810) və Böyük Britaniya tutur (18.000.123). Ölüm hallarının da çoxu ABŞ-da qeydə alınıb (902.189). Sonrakı yerləri Braziliya (633.810), Hindistan (506.520), Rusiya (338.091) və Meksika tutur (309 884).

Azərbaycanda indiyə qədər koronovirusla bağlı 725.777 yoluxma və 8.972 ölüm faktı aşkar edilib.

Nəşr edilib : 11.02.2022 14:10