AZ EN RU

“Dünya tufanı, şumerlər və Naxçıvan” beynəlxalq konfransı keçiriləcək

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 23-24-25 iyun 2023-cü il tarixdə Naxçıvan şəhərində “Dünya tufanı, şumerlər və Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:
    1. Dünya tufanı və Naxçıvan
    2. Nuh Peyğəmbər və onun Naxçıvanla bağlılığı
    3. Şumerlər
    4. Naxçıvan, kəngərlilər və şumer əlaqələri
    5. Naxçıvan və şumerlərin tarix, mif və etnogenetik bağlılığı
    6. Şumer və türk dil paralelləri
    7. Şumer-türk toponimlərində Naxçıvan izləri
    8. Naxçıvan-şumer ədəbiyyatı, folkloru və musiqisi

    Konfransın qaydaları, mövzu başlıqları və istiqamətləri ilə daha ətraflı AMEA Naxçıvan Bölməsinin www.ameanb.az saytında tanış ola bilərsiniz. Konfransa təqdim olunan məruzə mövzularının adı 30 noyabr 2022-ci il tarixədək Təşkilat Komitəsinə, məruzələr isə 20 may 2023-cü il tarixədək bölmənin elektron poçtuna göndərilməlidir.
    Konfransın materialları dərc ediləcəkdir.

Əlaqə: Azərbaycan Respublikası, 
Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 
Heydər Əliyev prospekti 76
Telefonlar: (+99436) 544-09-64, (+99436) 545-67-45
Faks: (+99436) 545-46-22
E-poçt: ameanaxcivanbolmesi@gmail.com
Web: www.ameanb.az

Nəşr edilib : 25.10.2022 20:06