AZ EN RU

Dezinfeksiya tədbirləri həyata keçirilir

    Naxçıvan Muxtar Respublikasında infeksiyaların, yoluxucu, mövsümü xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sentyabrın 19-dan növbəti dezinfeksiya tədbirlərinə başlanılıb. Tibbi-profilaktik tədbirlər sentyabrın 20-də də davam etdirilir.
    Budəfəki dezinfeksiya işləri və əks-epidemik  tədbirlər Naxçıvan şəhərində və rayonlarda yerləşən şadlıq saraylarını əhatə edib.
    Qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və onun yerli qurumlarının dezinfeksiya qrupu tərəfindən səhər saatlarından etibarən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı şadlıq sarayları və insanların daha çox istifadə etdiyi yerlərin ətrafı, girişləri dezinfeksiya olunub. 
    Belə ki, Naxçıvan şəhərində yerləşən 10 şadlıq evində, Şərur rayonunda 4, Kəngərli rayonunda 1, Sədərək rayonunda 1, Babək  rayonunda 4, Ordubad rayonunda 4, Culfa  rayonunda 1, Şahbuz  rayonunda 1 şadlıq evində dezinfeksiya və əks-epidemik  tədbirlər həyata keçirilir.
    Bu günədək, ümumilikdə, 26 şadlıq evi dezinfeksiya olunub.
    Aparılan dezinfeksiya və əks-epidemik tədbirlər muxtar respublika ərazisində mütəmadi olaraq davam etdiriləcəkdir. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2022 20:40