AZ EN RU

Daha 44 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

    Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsal sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən aprel ayı ərzində daxil olan müraciətlərə əsasən cəmi 44 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 39-u əhali, 5-i isə qeyri-əhali abonentdir.
    Ötən ay qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təhsil alan Qaz avadanlıqlarının istismarı və təmiri üzrə qazpaylayıcı stansiyaların operator peşəsinin ixtisasartırma kursu başa çatmışdır. Kursu bitirən 10 müdavimə sertifikat verilmişdir.
    Muxtar respublikada əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün cari ilin aprel ayında 15 mühafizə qutusu quraşdırılmışdır. Hesabat dövründə Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinə, 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 948 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, təbii qazın nəqli bərpa olunmuşdur.
    Aprel ayında muxtar respublika qaz şəbəkəsində 692 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq bu sızmalar aradan qaldırılmış, ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilmişdir.
    Muxtar respublikanın rayon qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işləri aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Qaz İstismar Xidməti

Nəşr edilib : 23.05.2022 20:28