AZ EN RU

Culfa rayonunda abadlıq və quruculuq işləri aparılır

    Muxtar respublikamızda həyata keçirilən abadlıq və quruculuq tədbirlərinin böyük bir hissəsini şəhərdaxili yolların əsaslı şəkildə yenidən qurulması və təmiri təşkil edir. Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər şəhər və kəndlərimizin abadlığına, eləcə də insanların rahatlığına xidmət edir.
    Culfa şəhərində aparılan abadlıq və quruculuq işlərindən biri də şəhərdaxili yolların yenidən qurulmasıdır. Quruculuq işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları həyata keçirir. Bu ilin iyun ayından başlanan quruculuq işləri, hazırda rayon mərkəzinin Təbriz, Şəhidlər, Məhərrəm Əsgər­oğlu və Xətai küçələrində davam etdirilir. Piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan yollara kilid daşlar döşənilir, bordürlər quraşdırılır. Həmçinin yolların kənarına suötürücü kanallar qurulur, rabitə, işıq xətlərinin quraşdırılması üçün plastik borular qoyulur. Bu işlər başa çatdıqdan sonra şəhərdaxili yollara asfalt örtük salınacaq. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.08.2022 18:17