AZ EN RU

Culfa idmançıları ilə görüş

    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və nazir müavini Məcid Seyidov Culfa Rayon Uşaq-Gənclər İdman Məktəbində məşq keçən cüdoçuların hazırlıq prosesi ilə tanış olublar. Nazir məşqçi-müəllim və idmançıların qayğıları ilə maraqlanıb, öz tövsiyə və fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, bədən tərbiyəsi və idman ölkəmizdə, eləcə də muxtar respublikada dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Naxçıvan Güləş Federasiyası tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayan nazir deyib ki, muxtar respublikanın bütün şəhər və rayonlarında federasiyanın bölmələri fəaliyyət göstərir. Yaradılan şərait sayəsində sərbəst güləş, yunan-Roma güləşi və cüdo üzrə, ümumilikdə, 66 qrupda məşqlər keçirilir, idmançıların yarışlarda iştirakı təmin olunur. 
    Çıxışının sonunda idmançılara uğurlar arzulayan nazir ardınca məşq prosesini izləyib. 
    Sonda idmançılarla xatirə fotosu çəkilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.04.2022 19:23