AZ EN RU

Cari ilin 9 ayı ərzində muxtar respublikada 313 elektron imza sertifikatı verilib

    Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada uğurla tətbiq edilməkdədir. Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin bir sıra üstünlükləri vardır. 
    Elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. Muxtar respublikada 2022-ci ilin doqquz ayı ərzində 12 vətəndaş, 44 sahibkar, 34 hüquqi şəxs, 223-ü isə dövlət qurumu olmaqla, ümumilikdə, 313 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib. 
    İmzanı almaq üçün  qanunvericiliklə müəyyən edilmiş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72, dövlət qurumları üçün 58, sahibkarlar üçün 36, vətəndaşlar üçün 18 manat təşkil edir, istifadə müddəti isə 3 ildir. 
    Qeyd edək ki, elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları rabite.nmr.az internet səhifəsindən əldə etmək olar. 

 Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni 
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 17:45