AZ EN RU

“Cahan” AVM 2021-ci ildə “Kapital Bank”ın bölgələrdə ilin ən böyük kredit dövriyyəsinə sahib partnyoru olub

    Bununla bağlı Bakı  şəhərində “Bulvar Otel”də keçirilən tədbirdə “Cahan” AVM-in uğurlu satış strategiyasından danışılıb, müştərilərlə qurulmuş  əlaqələrdən bəhs olunub. “Kapi­tal Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyəti  tərəfindən “Cahan” AVM-in baş icraçı direktoru Cəlaləddin Bala plaket təqdim edilib.
    200 şirkətin iştirak etdiyi tədbirdə şirkətlər arasında BirKart istifadəçilərinə  görə “Cahan” AVM 2021-ci il üçün kredit satışlarında 45 faiz artımla üstünlüyü əldə edən 10 şirkətdən biri olub. 
    Qeyd edək ki, müştərilərinə böyük dəyər verən “Cahan” AVM-də  yaradılmış kredit bölməsi tək şəxsiyyət vəsiqəsi ilə 6, 12 və 24 aylıq faizsiz kreditlə alış-veriş etmək imkanı yaradır. 

  “Cahan” Holdinq Kommersiya 
Şirkətlər İttifaqının mətbuat xidməti

 

Nəşr edilib : 21.01.2022 21:44