AZ EN RU

Bu gün Naxçıvandan qardaş Türkiyəyə humanitar yardım gondəriləcək

Bunu "Serqqapisi" qəzetinə açıqlamasında baş konsul Asip Kaya bildirib. Qeyd edilib ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Naxçıvanda yaşayan sakinlərə müraciət etdikdən sonra insan axının ardı-arası kəsilməyib.

Artıq Naxçıvanda yaşayan sakinlərin yardımları nəticəsində 10 TIR lazım olan ləvazimat toplanılıb. Bu gün onların bir hissəsi Türkiyəyə yola salınacaq.

"Şərq qapısı"

Nəşr edilib : 08.02.2023 17:43