AZ EN RU

Britaniya şurasının təmsilçisi tərəfindən təlim keçirilib

    Naxçıvan Dövlət Universitetilə Britaniya şurası arasında əməkdaşlıq çərçivəsində IELTS imtahanlarının keçirilməsi ilə bağlı 2 gün müddətində təlim keçirilib. 
    Universitetin rektoru Elbrus İsayev keçirilən təlimin müəllim heyəti üçün önəmini vurğulayaraq belə təlimlərin gələcəkdə tələbələr üçün də faydalı olacağını qeyd edib. Tələbələrin IELTS imtahanlarında yüksək nəticə göstərdiklərini vurğulayan  rektor bu uğurların qazanılmasında universitetin Xarici dillər fakültəsinin müəllim heyətinin böyük rolu olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda Xarici dillər fakültəsində 6 xarici dil üzrə ixtisaslar tədris olunur.  İngilis dili və tərcümə, İngilis dili və metodika kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır. Vurğulanıb ki, ötən tədris ili müddətində 150-dən artıq müəllim və tələbənin IELTS sertifikatı ilə təmin olunması bunun bariz nümunəsidir.
    Britaniya şurasının təmsilçisi tərəfindən keçirilən təlimdə müəllimlər ingilis dili metodologiyası, IELTS imtahanına hazırlıq, tələbələrin IELTS imtahanında yüksək nəticələr göstərməsi üçün dörd bacarıq üzrə vacib məqamların müzakirəsi və IELTS imtahanı haqqında ümumi biliklər əldə ediblər. Təlimdə, ümumilikdə, 32 müəllim iştirak edib. 
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Məlumat üçün onu da bildirək ki, sentyabrın 20-si Naxçıvan Dövlət Universitetində Britaniya şurası tərəfindən 3-cü rəsmi IELTS imtahanı keçirilib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.09.2022 18:53