AZ EN RU

Birinciliyin qalibləri məlum olub

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında velosiped idman növü üzrə muxtar respublika birinciliyi keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Uzunoba Su Anbarının ətrafında keçirilən birincilikdə, ümumilikdə, 24 idmançı mübarizə aparıb. Şərur rayon idmançısı Röyal Həsənov finiş xəttinə hamıdan tez çatıb. Culfa rayon təmsilçisi Elvin Mikayılzadə ikinci, Kəngərli rayon idmançısı Davud Məmmədli isə üçüncü yerə layiq görülüblər.
    Sonda qaliblər təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.03.2022 19:39