AZ EN RU

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

“"Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!”.

Nəşr edilib : 01.06.2022 10:48