AZ EN RU

Birinci rüb ərzində 69 dinləyici şəhadətnamə ilə təmin edilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Tədris bölməsində birinci rüb ərzində təşkil edilən kurslarda 121 qrup olmaqla,  278 dinləyici iştirak edib. 
    Dinləyicilərə kompüterin daxili və xarici qurğuları, modemlər, onların iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları barədə hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilir. Dərslər fərdi və qrup şəklində keçilir. 
    Mərkəzdə ingilis dili kursları da tədris olunur. IELTS, Beginner, Elementary, İntermediate, Upper-Intermediate və Advanced səviyyələri və “English kids” yönümlü kurslar təcrübəli müəllimlər tərəfindən tədris edilir. 
    Cari ilin birinci rübü ərzində, ümumilikdə, 78 nəfər  imtahanlarda uğurlu nəticə əldə edib, onlardan 69 nəfəri şəhadətnamə, 9-u isə sertifikatla təmin olunub. 
    Bölmənin Şərur və Culfa rayon filiallarında isə 48 qrup olmaqla dinləyicilərin sayı 116 nəfər təşkil edib.
    Kurslarda iştirak etmək istəyən şəxslər onları maraqlandıran məlumatları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinə və ya “116” nömrəli sorğu-məlumat xidmətinə müraciət etməklə və yaxud nakhinternet.az internet səhifəsi vasitəsilə əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2022 19:09