AZ EN RU

Beynəlxalq şahmat turnirinin qalibi: "Çox möhtəşəm turnir oldu".

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunmuş Beynəlxalq şahmat turnirinin qalib azərbaycanlı beynəlxalq usta İsmayıl Şahəliyevin mükafatlandırılmadan sonra fikirlərini öyrəndik: “Çox möhtəşəm turnir oldu. Həmişəki kimi, yenə də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yüksək səviyyədə turnir təşkil etmişdir. Nelə gözəl şahmat turniri təşkil edib şahmatçıları bir araya gətirdiyinə görə bir daha federasiyaya minnətdarlığımı bildirirəm. Şadam ki, belə böyük turnirdə mübarizə apardım və qalib adını qazandım. Gələcəkdə belə turnirlərdə hər zaman iştirak etmək istəyirəm. Mənə dəstək olduqlarına görə məşqçi-müəllimimə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə bu tipli yarışlar daha çox olacaq”.


İsmayıl Şahəliyevdən keçirdiyi oyunlar barədə də fikrini öyrəndik: “Son tura qədər turnir gərgin mübarizə şəraitdə keçdi. Son turda turnirin qalibi olmaq üçün  mütləq qələbə qazanmalı idim, yoxsa he-heçə etsəydim, bu mənim üçün risk idi. Çünki xallar bərabər olacaqdı və reytinqə görə qalib müəyyənləşəcəkdi. Son turda qalib gəldim. 6-cı turdan sonra oyunlar daha da çətinləşdi. Xüsusilə, Vüqar Rəsulovla oyunda taktiki heç-heçə etdim və düşünürəm ki, bu, ən düzgün qərar idi. Naxçıvanlı şahmatçılardan Sadiq Məmmədovla da görüşüm çətin alındı”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.05.2022 19:42