AZ EN RU

Basketbol birinciliyi başa çatıb

    Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak edib. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən 17 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. 16 nömrəli tam orta məktəbin komandası ikinci, 13 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
    Qalib komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 12.05.2022 19:26