AZ EN RU

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası 2022-2023-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant (tələbə) qəbulu elan edir

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2022-2023-cü tədris ili üçün qəbula namizədlər
    - boyu 170 sm-dan az olmayan; 
    - tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan; 
    - 15 sentyabr 2022-ci ilədək 17 yaşı tamam olan; 
    - yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15 sen­tyabr 2022-ci ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
    Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Xüsusi həkim ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
    Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı test imtahanlarında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
    Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
    Test imtahanlarının keçirilməsi qaydaları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar.
    Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
    Təhsil müddəti dörd ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
    Akademiyada Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və Yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
    Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
    – tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);
    – şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;      
    – hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
    – tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
    – tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
    – yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda);
    – 4 ədəd 6x4 santimetr ölçüdə fotoşəkil ağ fonda, 2 ədəd 9x12 santimetr ölçüdə fotoşəkil qırmızı fonda (tünd rəngli pencəkdə);
    Dövlət İmtahan Mərkəzinin rəsmi saytında təsdiqlənmiş abituriyentin elektron ərizəsi.
    Xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında arayış, qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi, burunətrafı ciblərin rentgenoqrafiyası, sidiyin ümumi analizi. 
    Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, imzası və möhürü olmalıdır.
    Sənədlər 2022-ci il mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi) qəbul ediləcək. Əlaqə telefonu: (036) 544-48-50

Nахçıvаn Muхtаr Rеspublikаsı 
Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuat xidməti

Nəşr edilib : 10.03.2022 21:41