AZ EN RU

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul elan edir

Qəbul üçün aşağıdakı sənədlər
 təqdim olunmalıdır

    – müəssisə rəhbərinin adına ərizə;
    – kadrların şəxsi-qeydiyyat vərəqi;
    – tərcümeyi-hal;
    – 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
    – iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
    – iş yerindən xasiyyətnamə;
    – çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
    – ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
    – şəxsiyyəti təsdiq edən sənədin surəti.
    – xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
    Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 6 aprel- 6 may 2022-ci il tarixlərdə hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 900-dan 1800-dək AMEA Naxçıvan Bölməsinin əsas binasında, Elm və təhsil şöbəsində qəbul edilir. 

Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: 545-34-96
e-mail: doktorant.nb@mail.ru

Nəşr edilib : 06.04.2022 18:15