AZ EN RU

Azərbaycan I Divizionunda 10-cu turun oyunları keçirilib

    Bu turda “Araz-Naxçıvan” doğma arenada MOİK-i qəbul edib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunu Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev və Sərxan İsmayılovdan ibarət hakimlər briqadası idarə edib.Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan “Araz-Naxçıvan” 8-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Sol cinahdan başlanılan hücumu Nəzrət İsayev məntiqi sonluqla yekunlaşdırıb – 1:0. Qoldan sonra əlverişli imkanlardan istifadə edə bilməyən komandamız 21-ci dəqiqədə qapısının toxunulmazlığını qoruya bilməyib. Belə ki, rəqibin hücumundan İlham Allahverdiyev “status-kvo”nu bərpa edib – 1:1. Lakin rəqibin sevinci uzun sürməyib. Cərimə meydançasına edilən asmanı komandamızın müdafiəçisi Ege Atlam Adnan başla qapıdan keçirib – 2:1. İkinci hissəyə də hücumlarla başlayan komandamız 53-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Cərimə meydançasında futbolçumuza qarşı edilən kobudluq hakimin diqqətindən qaçmayıb və rəqib qapısına 11 metrlik   zərbə təyin edilib. Orxan Əliyev fürsəti boşa verməyib – 3:1. Oyunun başa çatmasına 10 dəqiqə qalmış İlham Allahverdiyev oyunda het-trik edib. O, 82 və 84-cü dəqiqələrdə fərqlənib – 3:3. Bu qol eyni zamanda oyunda vurulan sonuncu qol olub.10 turdan sonra “Araz-Naxçıvan” 23 xalla turnir cədvəlinə başçılıq edir.        

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.11.2022 20:27