AZ EN RU

Atletimizdən uğurlu nəticə

    Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Atletika Federasiyası və “Baku Marathon Club” tərəfindən ilin növbəti “Parlaq gələcək naminə qaç!” marafonu keçirilib. Müxtəlif yaş kateqoriyalarını və sağlamlıq imkanları məhdud şəxsləri əhatə edən yarışın keçirilməsində məqsəd fiziki məhdudiyyəti olan insanları cəmiyyətə inteqrasiya etmək, idmanın inkişafına dəstək olmaq və gələcək nəsillərə dayanıqlı inkişaf yolunda töhfə verməkdən ibarət olub. 
    Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev bu yarışda da qüvvəsini sınayıb. O, kişilər arasında 3 kilometr məsafə üzrə yarışda mükafatçılar sırasına düşüb. Atletimiz finişədək 10 dəqiqə 2 saniyə vaxt sərf etməklə ikinci yerə sahib çıxıb. 
    Xatırladaq ki, Əmrah may ayında keçirilən eyniadlı idman yarışında 3 kilometr məsafə üzrə birinci olmuşdu. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 06.12.2022 19:15