AZ EN RU

“Araz-Naxçıvan” finalda

Futbol üzrə Azərbaycan Region Liqasında finalçılar müəyyənləşib. ASK Arenada liqanın ikinci yarımfinal matçında “Araz-Naxçıvan” və “Xan Lənkəran” komandaları üz-üzə gəlib. Matç muxtar respublika təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. “Ağ-qırmızılar” bu qələbə ilə final görüşünə vəsiqə əldə ediblər. Komandamız tərəfindən vurulan qolların müəllifləri Fərid Cəfərli və Orxan Əliyev olub. 
    Həlledici final oyununda rəqib “Cəbrayıl” komandası olacaq. Cəbrayıllılar “Qusar”a qarşı qələbə sayəsində bu uğura nail olublar. 
    Qeyd edək ki, Region Liqasının finalı mayın 20-də saat 1600-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 16.05.2022 19:15