AZ EN RU

Anım Günü ilə əlaqədar Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sentyabrın 27-də saat 12:00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Nəşr edilib : 27.09.2022 15:58