AZ EN RU

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

  I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2022-ci il iyul ayının 16-da saat 1100-da Naxçıvan şəhərində çağırılsın.

  II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin  icrasının təsdiq edilməsi

3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

  III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif Talıbov

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 13 iyul 2022-ci il

Nəşr edilib : 13.07.2022 17:37