AZ EN RU

Aktivlərin verilməsi davam etdirilir

    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış memoranduma uyğun olaraq icra edilən özünüməşğulluq proqramının prioritet məqsədi muxtar respublikada həssas əhali qruplarının (sağlamlıq imkanları məhdud şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və sair) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır. Proqramın icrası məqsədilə muxtar respublikada fəaliyyət göstərən bank və bank filialları proqrama cəlb olunmuş və onların aktiv iştirakı təmin edilmişdir.
     “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən Şərur rayonunun Kərimbəyli kənd sakini Maisə Paşayevaya, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Culfa rayonunun Saltaq kənd sakini Vadim Abbasova heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə iribuynuzlular təqdim edilmişdir. 
    Qeyd edək ki, indiyədək “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 6, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən 6, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən 1 nəfər olmaqla, ümumilikdə, aktivlə təmin edilən aztəminatlı ailələrin sayı 13-ə çatdırılmışdır. 

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar
 Respublikası İdarəsi

Nəşr edilib : 07.04.2022 20:28