AZ EN RU

Ahıl sakinlər üçün gəzinti təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və sosial könüllülərin iştirakı ilə bir qrup sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakin üçün təbiət gəzintisi təşkil edilib, burada onlara çay süfrəsi açılıb. Daha sonra ahıl sakinlər Şahbuz şəhərində yerləşən Ahıllar Evində yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Məlumat verilib ki, Ahıllar Evində sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Həmçinin burada istirahət, idman və əmək terapiyası otaqları, kitabxana da fəaliyyət göstərir. 
    Qeyd edək ki, görüş nahar süfrəsi ətrafında davam etdirilib, ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.08.2022 18:23