AZ EN RU

252 milyon 442 min 500 manat məbləğində kreditlər verilib

    Dövlət başçısı İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə­mizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyat hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub, bu inkişafda özəl sektorun da payı əhəmiyyətli dərəcədə artırılıb. Təbii ki, sahibkarlığın inkişafında, məhsul istehsalının stimullaşdırılmasında əsas məsələlərdən biri də sərfəli kredit imkanlarının yaradılmasıdır. Dövlətin bu yöndə atdığı addımlardan biri kimi ayrılan maliyyə vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yol açıb. 
    2022-ci ildə də təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb. Statistik məlumatlara əsasən ötən ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 252 milyon 442 min 500 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 21,5 faiz çoxdur. Verilmiş kreditlərin 20 milyon 279 min 400 manatı və yaxud 8 faizi qısamüddətli, 232 milyon 163 min 100 manatı və yaxud 92 faizi uzunmüddətli kreditlər olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.01.2023 20:31