Hələ həyatı tam dərk etmədiyimiz andan, qayğısız uşaqlığımızın keçdiyi dövrlərdən başlayır bu sual ətrafındakı düşüncə. İllər ötdükcə düşünüb ya cavabını tapırıq, ya da bu günümüzdən dünənə açılan pəncərədə onu xoş bir xatirə kimi ağlımızda saxlayırıq, amma hər zaman öz daxili dünyamızda bu suala cavab axtarırıq: – Kimdir qəhrəman? İllərboyu na..
Ölkəmizin müasir təhsil ənənəsində mənəvi tərbiyənin araşdırılması, tədqiqi və öyrənilməsi böyük yer tutur. Bu sahədə uzun illər ziyalılarımız dəyərli əsərlər, müxtəlif sahələri əhatə edən didaktiv materiallar, məqalələr və bir sıra ədəbi məcmuələr çap ediblər. Bu əsərlərin hər biri ölkəmizdə nümunəvi və dərin biliklərə malik pedaqoji elmin əsa..
Halal çörəyə bağlı ömür sahiblərindən müsahibə Yolumuz muxtar diyarımızın qəhrəmanlıq qalasına, düşmənin bir addımlığında od-alov kimi dayanan, nə dünən, nə də bu gün əqidəsindən üzü dönən Sədərəyədir, şəhidlər yurdu Sədərəyə... Hələ ötən əsrin 90-cı illərindən bu yerin insanları əsl vətənpərvərlik nümunəsi göstərdi, mənfur düşmənin başların..
Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim Ata-babalarımızdan belə bir deyim var: “...qonşun pisdir köç qurtar”. Lakin xalqımızın tarixi taleyinə yazılmış bir çox hadisələr göstərdi ki, reallıqlar heç də bu məsəldə deyildiyi qədər sadə və asan deyil. Çünki min illərboyu bu torpaqlarda kök salmış, milli-mənəvi dəyərləri, tarixi soykökü ilə varlığı..
Ötən günlərdə qəzetimizdə Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası tələbələrinin qardaş Türkiyə Respublikasının bir neçə ali təhsil müəssisəsində keçdikləri istehsalat təcrübəsi və onların maraqlı təəssüratları barədə geniş məqalə dərc etmiş, bu sahədə kadr hazırlayan peşəkar alimlərimizin müsahibəsindən yola çıxaraq ali təhsil ocağında ya..
Ölkəmizin öncül ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universitetində bir çox ixtisaslar üzrə nəzəriyyə və praktikanın üzvi sintezinin aparılması artıq öz bəhrələrini verməkdədir. Onu da qeyd edək ki, ali təhsil ocağının bir neçə prestijli ixtisasında təhsil alanlar universitetin sıx əlaqə saxladığı xarici ölkə ali təhsil müəssi..
Ümummilli Lider Heydər Əliyevin gənclik illərinin keçdiyi və ölkəmizə rəhbərliyinin Naxçıvan dövründə yaşadığı hər iki evdən monoloq-reportaj Düzdür, o illəri xatırlamaq xalqımız üçün çox çətindir, dözülməzdir...Ancaq düşünəndə ki, zamanın çətinlikləri, dövrün qanlı-qadalı hadisələri, zülmə məruz qalan günahsız soydaşlarımızın ərşə ucalan ..
Əziz Şərif və Qurbanəli Şərifzadə ilə məzarüstü söhbət... Bu ünvanın yaşı bəlkə də min illərə dayanır, bilmirəm...Lakin hər dəfə ora ayaq basanda, bir gün əbədi həyata yola salınacağımız bu yerin görüşünə gedəndə sanki mənəvi aramlıq tapıram. Heç zaman sükutunu pozmayan sakinlərin söhbətini dinləyə-dinləyə gəzir, axtarır, hərdən bir tanıdığım ya..
Bütün bəşəriyyəti pak surəti ilə xəlq edən Uca Yaradan sanki bu yerlərin insanlarına fərqli gözəllik bəxş edib, onlara qəhrəmanlıq, ucalıq, mübarizlik verib. Hər zaman tarixi, mədəniyyəti, incəsənəti ilə öyünsün deyib. Bu elin insanlarının qulaqlarına ana yurda, torpağa, Vətənə bütün mənəviyyatları ilə bağlı olsunlar deyə hikmət dolu sözlər söy..
Ətrafa hakim kəsilmiş allı-güllü təbiətə həyat verən Günəşin al şəfəqlərinə, uzaqdan bizə tamaşa edən başıqarlı, vüqarlı dağlara, uzun illər el igidlərinin at oynadıb, ərlik göstərdiyi yaylaqları seyr etdiyi bir zamanda verdiyim sual onu sanki yuxudan oyatdı: – İbrahim baba, bu yerlərin insanları niyə bu qədər gümrah, xoş ovqatlı, necə deyərlər..